NASA-nın yeni Ay missiyası üçüncü dəfə təxirə salındı

NASA-nın yeni Ay missiyası üçüncü dəfə təxirə salındı

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) kosmik gəminin sentyabrın 27-nə planlaşdırılan Aya buraxılışını qeyri-müəyyən müddətə təxirə salıb. Qərar “İan” tropik qasırğasının raketin qalxacağı Floridaya yaxınlaşması ilə əlaqədar qəbul edilib.

Bu barədə NASA-nın şənbə günü yaydığı məlumatda deyilir.

Qeyd edək ki, təşkilat avqustun 29-u və sentyabrın 3-də “Orion”u kosmosa çıxarmağa cəhd edib. Hər iki dəfə raketə yanacaq doldurarkən hidrogen sızması aşkar edildikdən sonra uçuş ləğv edilib.

NASA ekspertləri hesab edir ki, sızıntılar raketin özündə deyil, yanacaqdoldurma avadanlığında yaranan problemlərlə bağlı olub. Ona görə də uçuşa heç bir maneə yoxdur.

Share: