“Putinin son bəyanatları müharibəni daha da dərinləşdirəcək”

“Putinin son bəyanatları müharibəni daha da dərinləşdirəcək”

“Rusiya Prezidenti Vladimir Putinin son bəyanatları Ukraynada müharibəni daha da dərinləşdirəcək, ona görə də müharibə uzun müddət davam edəcək”.

Müstəqil.Az “Qafqazinfo”ya istinad edərək  xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmaq üçün ABŞ-ın Nyu-York şəhərindən olan Şallenberq mətbuata verdiyi açıqlamada Putinin “qismən səfərbərlik” elanının Moskva administrasiyasının danışıqlar masasına oturmağa hazır olmadığını açıq şəkildə göstərdiyini bildirib.

Heç bir tərəfin danışıqlara yaxın olmadığını bildirən Şallenberq, “Müharibə (Ukraynada) uzun sürəcək”, qeyd edib.

O, həll üçün tərəflərin bir növ danışıqlar masasına qayıtması lazım olduğun vurğulayaraq, döyüş meydanında heç bir həllin tapıla bilməyəcəyini əlavə edib.

 

Share: