Yunanıstanın Afina ətrafındakı Psixiko qəsəbəsində naməlum şəxslər İran səfirliyinin binasına hücum edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, motosiklet sürən iki kapüşonlu şəxs gecə saat 1 radələrində səfirliyin binasına “Molotov kokteyli” atıblar.
Yunanıstan polisinin məlumatına görə, “Molotov kokteyli” ciddi ziyan vurmadan səfirliyin inasının xarici divarına çırpılıb.