ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri kimi addımlar yalnız münaqişələri qızışdırmağa xidmət edir.
Bunu bazar günü Belarusun xarici işlər naziri Vladimir Makey BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakına yekun vurarkən deyib.
“Ona görə də, bu cür səfərlər müəyyən münaqişələrin aradan qaldırılması ilə deyil, əksinə, kəskinləşməsi ilə əlaqələndiriləcək. Xarici dayılara və xalalara güvənmək məqsədəuyğun deyil”, – Makey bəyan edib.
Mənbə: TASS