Parisdə Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornyu arasında görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Fransanın Müdafiə Nazirliyi yayıb.
Nazirlər görüş zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.
“Tezliklə Fransa nümayəndə heyəti vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana göndəriləcək”, – deyə Lekornyu qeyd edib.