Bank BTB əhalinin həssas qruplarına özünüməşğulluq proqramı çərçivəsində yenidən dəstək oldu. Belə ki, bankımız Sabunçu, Neftçala və Qusar rayonlarında yaşayan 4 aztəminatlı ailəni öz seçimlərinə uyğun lazımi avadanlıq və ləvazimatlarla təmin edib. Onlardan Namazova Iradə – kiçik dərzi sexi, Əzimova Gülnur – qadın gözəllik salonu, Əhmədxanov Zahir – musiqiçi, Cəfərli Təbriz – kişi bərbərxanası istiqamətində kiçik biznesini Bank BTB-nin dəstəyi ilə qurmağa başlayıb.
Qeyd edək ki, Bank BTB Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində ümumilikdə 44 ailəyə dəstək olub.
Bankımız Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 8 xidmət nöqtəsilə müştərilərə xidmətlərini təqdim edir.
Bankın məhsul və xidmətləri barədə məlumat almaq istəyən şəxslər rəsmi sosial media kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.