Bakı Gənclər Mərkəzi fəaliyyət istiqaməti ilə diqqət mərkəzində…

Bakı Gənclər Mərkəzi fəaliyyət istiqaməti ilə diqqət mərkəzində…

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması – “Anım Günü”nə həsr olunmuş tədbir həyata keçirilmişdir.

Tədbirdə Türk Sanat Akademiyasının gənclərinin təqdimatında “Xeyir Xəbər” adlı tamaşa və gənc rəssamların rəsm sərgisi nümayiş etdirilmişdir

Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizə həsr edilmiş rəsm sərgisinə baxış keçirildikdən sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himni ardınca şəhidlərin ruhuna 1 dəqiqəlik sükutla yad edildikdən sonra başlayıb.

Açılış nitqi olaraq ilk öncə Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva daha sonra Türk Sənət Akademiyasının rəhbəri Erhan Ufak Azərbaycan gəncinin vətənə sevgisindən, qalib ölkənin layiqli gəncləri sayəsində doğma torpaqlarımızın cənnətə çevriləcəyindən habelə, Vətən müharibəsində hərbiçilərimizin döyüş şücaətindən, arxa cəbhədə informasiya savaşında gənclərin rolundan qürurla danışıb.

Tamaşada Azərbaycanın Şanlı ordusunun qəhrəman əsgərlərinin şəhidlik zirvəsinə ucalması, sevdiklərinin qəhrəman əsgərlər üçün yaşadıqları nigaranlıq hissi, şəhidlərimizi böyüdüb boya-başa çatdıran valideynlərin yaşadıqları fəxr və qürur hissi və onların məğrur duruşu nümayiş olunub.

Tədbirin keçirilməsində məqsəd, 44 günlük Şanlı tariximiz olan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan əsgərlərimizin əziz xatirəsini yad etmək, gənclərdə olan vətənpərvərlik hissinin gücünü və müqəddəsliyini nümayiş etdirmək, uca zirvəni fəth edənlərin heç bir zaman unudulmayacağını əks etdirməkdir.

Tədbirdə dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri, şəhid ailə üzvləri, milli qəhrəmanlar, qazilər və gənclər iştirak ediblər.

Share: