Estoniya Patriarx Kirilli sanksiyalar siyahısına daxil etməyi təklif etdi

Estoniya Patriarx Kirilli sanksiyalar siyahısına daxil etməyi təklif etdi

Estoniya hökuməti Rusiya Pravoslav Kilsəsinin rəhbəri, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin Avropa İttifaqının (Aİ) sanksiyalar siyahısına daxil olunmasını təklif edib.

“Patriarxın bəyanatlarını nəzərə alaraq <…> Estoniya onun Aİ-nin sanksiyalar siyahısına daxil olunmasını təklif edir”, – deyə Estoniya xarici işlər naziri Urmas Reinsalu bildirib.

Nazir qeyd edib ki, Estoniya həmçinin Rus Pravoslav Kilsəsinin bütün fəaliyyətlərinə qarşı sanksiyaların tətbiq edilməsinə çağırır.

Mənbə: TASS

Share: