Avropa Birliyinin Nikaraquadakı səfiri Bettina Muşaydt ölkədə “persona non-qrata” elan edilib.
Məlumata görə, müvafiq qərarı Nikaraqua prezidenti Daniel Orteqa və ölkənin vitse-prezidenti Rosario Murillo verib.
Bildirilir ki, ötən həftə Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası zamanı Aİ nümayəndə heyəti Nikaraquadan siyasi məhbusları azad etməyi və ölkədə demokratiyanın bərpasını tələb edib.
Mənbə: TASS