Messi və Ramos da Neymarı qərarından çəkindirə bilmirlər

“Monpelye” ilə oyundan sonra PSJ-nin hücumçuları Neymar və Kilian Mbappe arasında münaqişə yaranıb.

Bildirilir ki, klubun müdafiəçisi Serxio Ramos Neymardan məşqçilərin Mbappeni 11 metrlik zərbələrin əsas icraçısı təyin etməsi qərarına hörmətlə yanaşmasını istəyib.

Münaqişənin həllinə Lionel Messi və Markinyos, baş məşqçi Kristof Qaltye və idman direktoru Luis Kampos da müdaxilə ediblər.

Lakin ulduz hücumçular arasında münaqişənin hələ də həll olunmadığı bildirilir.

Qeyd edək ki, səkkiz turdan sonra PSJ 22 xalla Fransa çempionatının turnir cədvəlinə başçılıq edir. Neymar bu mövsüm “Liqa 1”də səkkiz qol vurub və yeddi məhsuldar ötürmə edib. Mbappe yeddi qol vurub.

Mənbə: AS

Share: