Bakıdakı yanğında 4 nəfər xəstəxanaya yerləşdirilib — TƏBİB

Xətai rayonunda baş verən yanğınla əlaqədar hadisə yerinə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 

Bildirilib ki, hadisə nəticəsində 23 (10-u kişi (2 uşaq) , 13-i qadın (2 uşaq) olmaqla) nəfərdən 19-na yerində yardım edilib. 

4 nəfər isə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilib. 

Onların müalicəsi davam edir.


Share: