Bu ilin sonunadək dünyada internet istifadəçilərinin sayı 5,3 milyard nəfər və ya dünya əhalisinin üçdə ikisini təşkil edəcək.
Belə məlumatlar Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “2022-ci ildə genişzolaqlı internetin vəziyyəti” adlı hesabatında əks olunub.
“2019-cu ildə dünya əhalisinin 54%-i internetdən istifadə edib, 2022-ci ildə bu rəqəmin 66%-ə çatacağı gözlənilir ki, bu da 5,3 milyard insan deməkdir”, sənəddə bildirilib.
Məlumata görə, rəqəmsal xidmətlərdən istifadə edənlərin sayındakı artım əsasən COVID-19 pandemiyası ilə bağlı olub, genişzolaqlı infrastruktura qoşulma iş, təhsil, əsas xidmətlərə çıxış və əlaqə saxlamaq üçün həyati zərurətə çevrilib. Məlumata görə, pandemiyanın ilk ilində – 2020-ci ildə internet istifadəçilərinin sayı 10% artıb ki, bu da son on ildə ən böyük artım olub.