Stiven Spilberqdən yeni filmindən bir səhnəni çıxarmaq tələb edildi

“Fabelmanlar” filminin treyleri yayımlandıqdan qısa müddət sonra heyvan hüquqları müdafiəçiləri ekran əsərinin yaradıcısı Stiven Spilberqə yaxınlaşaraq meymunun iştirak etdiyi səhnələrin kəsilməsini tələb ediblər.

PETA bu tələbi onunla izah edib ki, meymun-aktyorlar tez-tez erkən yaşda ailələrindən zorla ayrılırlar.

Hüquq müdafiəçiləri filmdəki sözügedən səhnəni “qəddar heyvan təlimi sənayesinin təqdiri və iyrənc heyvan ticarətinin reklamı” adlandırıblar və Spilberqdən həmin kadrları kəsməyi xahiş ediblər.

Mənbə: gazeta.ru

Share: