Türkiyənin Muğla şəhərində mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 10 nəfərin yaralandığı bildirilib.
Qəza yerinə çox sayda sağlamlıq, xilasetmə və polis qrupları çağırılıb.
Xəstəxanalara çatdırılan yaralıların sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib.