Sinqapurda Marina Bay körfəzində heyrətamiz stadion üzür.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, platforma üzərində yerləşdirilən stadionun cəmi 1 tribunası olsa da, 30 min azarkeşi qəbul edə bilir.
Platformanın özü Marina Bay körfəzinin dibində basdırılmış dirəklərə söykənir.