Rusiyada uşaqlara qarşı zorakılıqda şübhəli bilinən erməni saxlanıldı

Rusiyada uşaqlara qarşı zorakılıqda şübhəli bilinən erməni saxlanıldı

İstintaq Komitəsinin Krasnodar diyarı üzrə əməkdaşları uşaqlara qarşı cinsi xarakterli zorakılıq hərəkətləri etməkdə şübhəli bilinən Ermənistan vətəndaşını saxlayıblar.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu yaxınlarda Krasnodara köçmüş Ermənistan vətəndaşı şəhərin mərkəzində saxlanılıb.

Yerli KİV-in yaydığı məlumata görə, ilk hadisə Rostov şosesində baş verib, şirniyyat üçün mağazaya gedən oğlan az qala şübhəli şəxsin qurbanı olub. Uşaq baş verənlər haqqında evə qayıdandan sonra anasına danışıb.

Uşağın sözlərinə görə, şübhəli şəxs cinsi əlaqəyə girmək müqabilində ona pul və şirniyyat təklif edib. Uşağın anası oğlunun baş vermiş hadisə ilə bağlı ona danışdıqlarından sonra internet vasitəsilə məlumatı yayıb və ərizə ilə polisə müraciət edib.

“Oğlan şübhəli şəxsi tanıyıb. Hazırda o, saxlanılıb. Uşaqla psixoloq işləyib. Saxlanılan şəxsin Krasnodarda artıq Rusiya vətəndaşlığını almış qardaşı var. Onun, həmçinin iki övladı və hamilə arvadı da var”, – mətbuatda deyilir.

Şübhəli şəxs ailəsi ilə birlikdə Rostov bağlarında yaşayır, həmyerliləri qonşunun günahkar olmasına inanmırlar və oğlanın bütün hekayəni uydurduğunu bildirirlər. İndi onlar polisə kömək edənlərə hədə-qorxu gəlməklə, bütün mümkün olan vasitələrlə istintaqa müdaxilə etməyə çalışırlar. Şübhəli şəxsi 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.


Share: