Rusiya ilə Latviya sərhədində gözləyən avtomobillərin sayı dörd dəfə artdı

Rusiya ilə Latviya sərhədində gözləyən avtomobillərin sayı dörd dəfə artdı

Pskov yaxınlığında Rusiya Federasiyasından Latviyaya getmək üçün növbədə dayanan avtomobil sayı bir həftə ərzində 705-ə çatıb.

Bu barədə Rusiya Federal Gömrük Xidmətinin məlumatlarında qeyd edilir.

Belə ki, “Buraçki” keçid məntəqəsinin qarşısındakı avtonəqliyyat vasitələrinin sayı 280 ədəddir. “Ubılinka” keçid məntəqəsində 280 avtomobil Rusiyanı tərk etmək üçün növbəyə dayanıb. “Ludonka” keçid məntəqəsində isə avtomobil sayı 145-dir.

Qeyd olunur ki, bir həftə əvvəl bu üç keçid məntəqəsində Rusiyadan çıxmaq üçün növbəyə cəmi 156 avtomobil dayanıb. Beləliklə, bir həftə ərzində növbə dörd dəfədən çox artıb.

Sentyabrın 19-dan Latviya, Litva, Polşa və Estoniya turizm, mədəniyyət, idman və biznes məqsədi ilə gələn, Avropa İttifaqı vizası olan rusiyalıların Şengen zonasına girişini məhdudlaşdırıb.

Mənbə: TASS

Share: