“Hamilə arvadımla qızımı mən yox, şeytan öldürdü” — Fotolar

“Hamilə arvadımla qızımı mən yox, şeytan öldürdü” — Fotolar

Bu il fevralın 13-də Şəmkirin Çinarlı kəndində hamilə arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovanı amansızlıqla qətlə yetirən Elməddin Həsənovun məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1988-ci il təvəllüdlü Elmədin Həsənov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə hakim qarşısında çıxış edən Elməddin Həsənov arvadı ilə qızını necə öldürdüyünü anlamadığını bildirib:

“Hadisənin necə baş verdiyini xatırlamıram. Arvadımla qızımı mən öldürmədim, onları şeytan, qara qüvvələr öldürdü. İnsanın öz hamilə həyat

yoldaşını və balaca qızını necə öldürə biləcəyini anlamıram”.

Qeyd edək ki, Lələ Həsənova 1,5 aylıq hamilə olub. Elməddin Həsənov həmin gün səhər saatlarında ailə üzvlərinə saymamazlıq etməsi və laqeyd davranması bəhanəsi çarpayıda uzanan Laləyə 33 bıçaq zərbəsi endirib. Bu zaman azyaşlı qızı atasına mane olmaq istəyib. Elməddin Həsənov öldürdüyü qızına 21 bıçaq vurduğu müəyyən edilib.

Emin Səfərov


Share: