Pittin nümayəndəsi Colinin ittihamlarına cavab verdi

Pittin nümayəndəsi Colinin ittihamlarına cavab verdi

Hollivud aktyoru Bred Pittin nümayəndəsi CNN telekanalı üçün etdiyi bəyanatda Ancelina Colinin təyyarədə Pitt tərəfindən məişət zorakılığına məruz qalması ilə bağlı ittihamlarına cavab verib.

“Qafqazinfo” xəbər verir ki, Pittin nümayəndəsi ittihamları yalan adlandırıb:

“Onun hekayəsi inkişaf etməkdə davam edir və hər dəfə yeni, heç nə ilə təsdiqlənməmiş təfərrüatlarla böyüyür. Bred etdiyi şeyə görə məsuliyyət daşımağa hazırdır, lakin etmədiyi şeyə görə yox. Bu ittihamlar tamamilə həqiqətə uyğun deyil”.

Qeyd edək ki, daha əvvəl hollivud aktrisası Ancelina Coli keçmiş həyat yoldaşı, aktyor Bred Pittdən şikayətçi olub. 


Share: