“Yayılan bəzi videolar saxtadır” — Baş prokuror

“Yayılan bəzi videolar saxtadır” — Baş prokuror

“Bəzi ölkələr və onların Azərbaycandakı səfirlikləri sosial şəbəkələrdə görüntülərlə bağlı birtərəfli mövqe tutur və bu bizi narahat edir”.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, həmin şəxslərin müdaxiləsi ikili standartlardan xəbər verir: “Ermənistan ərazisində müharibə getməyib, əhali əziyyət çəkməyib. Videolar araşdırılmalıdır və nəticəsi barədə dəqiq danışmalıdır.

İstər Azərbaycan, istərsə də Ermənistan hərbçiləri tərəfindən işgəncə faktları ilə bağlı görüntülər araşdırılır.

Təbii ki, bu kimi halların saxta və doğruluğu araşdırılmalı və dəqiq məlumat təqdim olunmalıdır. Ermənistan tərəfi yayılan görüntülərlə bağlı rəsmi bəyanat belə dərc etmədilər. Azərbaycan tərəfi isə dərhal məlum məsələni araşdırdı. Son videolar barədə də məlumatlıyıq, araşdırma aparılır, deyə də bilərəm ki, bəzi videolar saxtadır. Artıq aidiyyəti qurumlarla birgə İstintaq qrupu da yaradılıb və nəticələr olacaq. Vaxtından əvvəl panika şəklində Azərbaycan hökumətinə təsir yolverilməzdir. Ermənistan tərəfindən də açıqlama olmalıdır”.


Share: