Türkiyənin məşhur ulduzları ötən gün Afrində terrora qarşı aparılan “Zeytun budağı” hərəkatına dəstək üçün Suriya ilə sərhəddə yerləşən Hataya yolanıblar.
Tanınmışlardan Tamer Karadağlı, Volkan Severcan, Yavuz Bingöl, Erhan Güleryüz, Mustafa Ceceli, Volkan Konak cəbhə bölgəsində əsgərlərlə görüşüblər.
Müğənni Volkan Konak deyib: “Bildiyimiz bir şey var ki, müharibə təkcə cəbhədə getmir. Bu gün hər birimiz sizin yanınızda olduğumuzu göstərmək üçün gəldik”.
Müstəqil.Az