“Əhali qrupunun sayğaclaşdırılması hazırda gündəmimizdə deyil, gələcəkdə bəlkə gündəmə gələ bilər”.
Oxu.Az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin müşaviri Ramil Məhərrəmov deyib.
“Bizim gündəmimizdə tariflər məsələsi də yoxdur. Onun dəyişdirilməsi bizim səlahiyyətimizdə deyil. Bu məsələyə Tarif Şurası baxa bilər. İstilik dağ rayonlarına 1 noyabrdan, digər ərazilərdə isə 15 noyabrdan veriləcək”.
Qeyd edək ki, bir kvadratmetr yaşayış yeri üçün istilik xidmətinin qiyməti əhali qrupuna 15 qəpik, qeyri-əhali qrupu üçün 25 qəpik müəyyənləşib
Sayad Həsənli