AFFA-nın Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin 23.09.2022-ci il tarixdə “Qəbələ” klubun futbolçusu Rövlan Muradov və klub barəsində verdiyi qərarı ləğv edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
Bundan başqa, barəsində verilən 2 oyunluq kənarlaşdırma cəzası və klub barəsində verilən 1600 (bir min altı yüz) AZN məbləğində cərimə cəzası da ləğv edilib.