ABŞ 28 Çin şirkətinə superkompüter və yarımkeçiricilər istehsalı üçün məhsul tədarükünə məhdudiyyətlər qoyub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nazirliyinin açıqlamasında bildirilir.
“Nazirliyin Sənaye və Təhlükəsizlik Bürosu superkompüterlərin və yarımkeçiricilərin istehsalı üçün məhsullar üzrə əməliyyatlara nəzarəti genişləndirir”, – deyə açıqlamada bildirilib.
Qeyd edilib ki, yeni sanksiyalar Çində yerləşən 28 hüquqi şəxsə çatdırılma üçün lisenziyalaşdırılmalı olan malların çeşidini genişləndirir.
Qeyd olunur ki, bu, ABŞ-ın 1990-cı ildən Çinə qarşı tətbiq etdiyi ən böyük sanksiyadır.