Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Şuşa medalı” ilə təltif edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə səfir öz tviter hesabında paylaşım edib.
O bildirib ki, mədəniyyət naziri Anar Kərimov medalı ona təqdim edib: “Şuşa ilində “Şuşa medalı” ilə təltif edilmək mənim üçün şərəfdir. Mədəniyyət naziri Anar Kərimova buna görə təşəkkür edirəm. “Şuşa Bəyannaməsi” çərçivəsində Türkiyə-Azərbaycan münasibətlərinin hər sahədə inkişafı üçün sevgi və əzmlə çalışacağıq”.