Saxalində ayı aşpaz qadını öldürüb

Saxalində ayı aşpaz qadını öldürüb

Saxalində ayı 60 yaşlı aşpaz qadını öldürüb.

Regional meşə təsərrüfatı və ovçuluq agentliyinin məlumatına görə, heyvan onu meşəyə sürüyərək aparıb.

Hadisə oktyabrın 8-də, günorta radələrində baş verib.

İri ayı Tımovski rayonunda ağac kəsmə ilə məşğul olan müəssisənin ərazisinə girib. Yırtıcı orada aşpaz işləyən qadına hücum edərək onu meşəyə aparıb. Şahidlər polisə və meşə işçilərinə müraciət edib.

Ayı tapılaraq güllələnib. Onun boyu iki metrdən çox olub.

Mütəxəssislər aşpazın meyitini tapdıqdan sonra zərərçəkənin aldığı xəsarətlərdən öldüyünü müəyyən ediblər. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Mənbə: lenta.ru

Share: