Türkiyə noyabradək BKS-ə uçuş üçün namizədləri seçməyi planlaşdırır

Türkiyə noyabradək BKS-ə uçuş üçün namizədləri seçməyi planlaşdırır

Noyabr ayına qədər Türkiyə Kosmik Agentliyi iki namizədi – əsas və ehtiyat kosmonavtıı seçəcək. Onların Beynəlxalq Kosmik Stansiyada (BKS) elmi işlər üçün hazırlamaq planlaşdırılır.

Bu barədə şənbə günü agentliyin rəhbəri Serdar Hüseyn Yıldırım bildirib.

“Namizədlər psixoloji testlərdən keçəcəklər. Biz bu işi Amerikanın “Axiom Space” şirkəti ilə birlikdə həyata keçiririk. Onun bazasında kosmonavtlar yetişdiriləcək və sonradan ilk türk kosmonavt kosmik stansiyaya çatdıracaqlar”, – Yıldırım bəyan edib.

O, əlavə edib ki, 2023-cü ilin ikinci yarısında BKS-ə astronavt göndərilməsi planlaşdırılır. O, 7-10 gün ərizndə orada qalacaq.

Agentlik rəhbəri Türkiyənin 2028-ci ilin sonu – 2029-cu ilin əvvəlində Ay missiyası proqramı çərçivəsində Aya eniş etmək planlarından da danışıb.

“Biz öz hibrid mühərrikimizlə Aya enməyi planlaşdırırıq”, – Yıldırım qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ildə astronavtların yetişdirilməsi və yerli raketlə Aya göndərilməsi də daxil olmaqla, milli kosmik proqramın başladığını elan edib. Layihə, təxminən 6 milyard dollara başa gələcək.

Mənbə: Anadolu

Share: