Vətənlərini tərk edən ukraynalıların sayı açıqlanıb

Vətənlərini tərk edən ukraynalıların sayı açıqlanıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın hücumları başlayandan Ukrayna əhalisinin üçdə birinin ölkəni tərk etdiyini açıqlayıb.

Çox sayda qadın, uşaq, qoca və əlil qaçqının son dərəcə həssas vəziyyətdə olduğu bildirilib.

Qeyd olunur ki, qaçqınların və onların ailələrinin müdafiəsi beynəlxalq hüququn tələbidir və uşaqların müdafiəsinə xüsusi diqqət yetirilməlidir.

BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin verdiyi açıqlamada Rusiyanın hücumlarının Ukraynadakı humanitar yardım fəaliyyətlərinə də mane olduğu bildirilib və BMT-nin tərkibində olan təşkilatların humanitar yardıma ehtiyacı olan bölgələrə yardım çatdıra bilmədikləri vurğulanıb.

Qeyd edək ki, Ukraynanın əhalisinin sayı 41,167,336 nəfərdir. 

Mənbə: TRT Haber

Share: