Belarus silahlı qüvvələrində yoxlamalara başlanıldı

Belarus silahlı qüvvələrində yoxlamalara başlanıldı

Belarus Təhlükəsizlik Şurasının Dövlət Katibliyi Prezident Aleksandr Lukaşenkonun göstərişinə əsasən ölkənin silahlı qüvvələrinin yoxlanılmasına başlayıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti öz “Telegram” hesabında məlumat yayıb.

“Oktyabrın 11-dən Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət Katibliyi Prezidentin tapşırığına uyğun olaraq Belarus Silahlı Qüvvələrində yoxlamalar aparır. Bu, hərtərəfli xarakter daşıyır. Həmçinin tapşırıqların təyinatı üzrə yerinə yetirilməsi ilə bağlı ən mühüm hazırlıq məsələlərini əhatə edir”, – deyə Müdafiə Nazirliyinin bəyanatında qeyd edilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, baxış zamanı hərbi hissə və bölmələr döyüş hazırlığı, marş yürüşü, müəyyən olunmuş ərazilərdə döyüş tapşırıqları kimi məsələləri nəzərdən keçirəcək.

ənbə: TASS

Share: