Nataliya Qavrilitsanın Azərbaycana səfəri başa çatdı

Nataliya Qavrilitsanın Azərbaycana səfəri başa çatdı

Moldovanın Baş naziri Nataliya Qavrilitsanın Azərbaycana rəsmi səfəri oktyabrın 12-də başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Moldovanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nataliya Qavrilitsanı Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər yola salıblar.


Share: