“O olmasın, bu olsun” tamaşası yenidən səhnədə

“O olmasın, bu olsun” tamaşası yenidən səhnədə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrda dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə oktyabrın 16-da göstəriləcək.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

İlk tamaşası 1911-ci ildə oynanılan bu əsərin Akademik Musiqili Teatrdakı sonuncu quruluşu Xalq artisti, rejissor Cənnət Səlimovaya aiddir.

Premyerası 1998-ci il dekabrın 4-də keçirilən səhnə əsəri 75-ci dəfə təqdim olunub.

Share: