“Zelenskinin Putinlə danışıqlara getməyəcəyi ilə bağlı açıqlamaları hər kəsə məlumdur. Bununla bağlı, sadəcə olaraq, məşhur ifadəni xatırladacağam: heç vaxt heç vaxt demə”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, oktyabrın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını icra edib. Müvafiq fərman Ukrayna Prezidentinin ofisinin saytında dərc olunub.