Astronomlar ilk dəfə nadir kosmik hadisəni müşahidə ediblər

Astronomlar ilk dəfə nadir kosmik hadisəni müşahidə ediblər

Astronomlar ilk dəfə olaraq iki qara dəliyin qarşılıqlı qravitasiya təsiri altında və məkan-zaman strukturunda güclü dəyişikliklərin meydana çıxması nəticəsində onların orbitlərinin sürətli “yırğalanması”nın şahidi olublar.

Bu barədə çərşənbə günü Britaniya Kardiff Universitetinin mətbuat xidməti məlumat yayıb.

“Biz həmişə düşünürdük ki, bu təsir qara dəlik cütlərində baş verməlidir və ümid edirdik ki, bunu kəşf edə biləcəyik. Əslində, beş il gözləməli və təhlil etməli olduq”, – deyə Kardiff Universitetinin professoru Mark Hannam bildirib.

Professor Hannamın sözlərinə görə, supersıx və ağır kütləli cisimlər ətrafında məkanı əyən Lens-Tirrinq effekti və ona bənzər de Sitter effektinin orbitlərin mövqeyinə və qara dəliklərin hərəkətinə necə təsir etməsi elm adamlarını çoxdan maraqlandırır. Alimlərin fərziyyələrinə görə, qara dəliklərin trayektoriyalarında dövri “yelləncəklər” bu obyektlərə yaxınlaşma prosesində yaranan qravitasiya dalğalarının xassələrinə xüsusi təsir göstərməlidir.

Qeyd edək ki, müşahidə olunan qara dəliklər Yerdən 2,78 milyard işıq ili məsafədədir. Onların kütlələri 39 və 22 Günəş qədərdir.

Mənbə: TASS

Share: