Pakistanda faciə: Daşqından sağ çıxanlar avtobusda yanaraq öldülər

Pakistanda faciə: Daşqından sağ çıxanlar avtobusda yanaraq öldülər

Pakistanın Sind əyalətinin Kəraçi şəhərində baş verən daşqından sağ çıxanları aparan avtobusun magistral yolda alışması nəticəsində 12-si uşaq olmaqla azı 17 nəfər yanaraq ölüb.

Avtobusda 80 nəfər olub. Onların hamısı Sindhin yuxarı hissəsində daşqınlardan zərərçəkənlər olublar.

Pakistanda aylardır, musson daşqınları davam edir. Daşqınlar azı 1700 nəfərin ölümünə səbəb olmaqla yanaşı ölkənin infrastrukturunu da məhv edib.

Yanmış avtobusun içindən meyitlər çıxarılıb. Onlardan 12-si uşaq, ikisi qadın və üçü kişidir.

Avtobusda daha bir uşaq meyitinin olduğu da ehtimal edilir.

Yanğın gecə saatlarında Nuriabad şəhərində polis idarəsinin yaxınlığında baş verib. Yanğının avtomobilin kondisionerindəki qısaqapanmadan qaynaqlandığı güman edilir.

Mənbə: Arab News

Share: