Norveçdə yerləşən Lonqriy adlı əyalətdə ölmək qadağandır.
Artıq uzun müddətdir orada yerləşən qəbiristanlıqda yeni cənazə basdırmağa da icazə yoxdur.
Belə ki, dağ döşündə yerləşən və əhalisi 1500 nəfərdən ibarət olan bu əyalətdə belə qanunun olmasına səbəb var. 1917-ci ildə ərazidə İspan epidemiyası yayılıb və araşdırmalar nəticəsində bəlli olub ki, bu virus 70 il öncə orada basdırılan bir cəsəddən yayılıb.
Lonqriyin havası soyuq olduğu üçün orada meyitlərin çürümə prosesi dəgec gedir. Ona görə də ağsaqqallar hesab edir ki, xəstə insanların öləndən sonra orada basdırılması onların xəstəliyinin yenidən əhali arasında yayılmasına yol aça bilər.
Odur ki, xəstələnən insanları helikopterlə Norveçin başqa bir ərazisinə aparırlar.
Müstəqil.Az