Bu il dəniz quldurlarının hücumlarının sayı rekord dərəcədə azalıb

Bu il dəniz quldurlarının hücumlarının sayı rekord dərəcədə azalıb

Müstəqil.Az  “Seanews.az” -a istinad edərək xəbər verir ki, bununla bağlı məlumat Beynəlxalq Dəniz Bürosunun (İMB)yaydığı son hesabatda əksini tapıb.

Hesabata görə, quldurlar hücumların 95 faizində, yəni 85 dəfə gəmiyə daxil olmağı bacarıblar. Hadisələr nəticəsində bir gəmi ələ keçirilib, 27 dənizçi girov götürülüb, 4 hücumun qarşısı alınıb.

Demək olar ki, bütün hücumlar gecə vaxtı baş verib.

90 hadisədən 13-ü bir vaxtlar quldur hücumlarına görə təhlükəli ərazi sayılan Qvineya körfəzi ətrafında baş verib. Müqayisə üçün qeyd edək ki, keçən ilin eyni dövründə orada 27 hücum faktı qeydə alınıb.

Sinqapur boğazında qudurların aktivliyi artıb. Hesabat dövründə burada 31 anoloji hadisə baş verib. 2021-ci ildə isə belə hadisələrin sayı 21 olub.

2022-ci ildə hücuma məruz qalan gəmilərdən 40-ı balker, 23-ü tanker, 10-u isə konteyner daşıyan gəmi olub.

Müstəqil.Az

Share: