Tehran prokuroru həbsxanadakı yanğınla bağlı açıqlama verdi

Tehran prokuroru həbsxanadakı yanğınla bağlı açıqlama verdi

Tehranın şimalındakı Evin həbsxanasında məhbuslar arasında olan dava nəticəsində baş verən yanğın söndürülüb.

“Qafqazinfo” “İRNA”ya istinadən xəbər verir ki, Tehran prokuroru Əli Salehi hadisə ilə bağlı açıqlama verib.

O, hazırda həbsxanada sakit mühitin olduğunu bildirib:

“Evin həbsxanasındakı münaqişənin son iğtişaşlarla heç bir əlaqəsi yoxdur”.

Onun sözlərinə görə, siyasi məhbuslarla bağlı kamera ayrıdır və yanğın və münaqişə baş verən quldurlar kamerasından uzaqda yerləşir.


Share: