Taxıl dəhlizinin fəaliyyət müddəti uzadılacaq

Taxıl dəhlizinin fəaliyyət müddəti uzadılacaq

Müddəti noyabrın 22-də başa çatan Ukrayna ərzaq məhsullarının ixracına dair müqavilə daha da uzadılacaq.

Bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu gün Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov İstanbuldakı Birgə Koordinasiya Mərkəzində Türkiyənin müdafiə naziri Hulusi Akar ilə taxıl dəhlizi təşəbbüsünün həyata keçirilməsi və onun noyabrın 22-dən sonra uzadılması ilə bağlı danışıqlar aparıb.

“Sazişdə iştirak edən tərəflər – BMT, Türkiyə və Ukrayna onun etibarlılığını uzatmağa hazır olduqlarını bildiriblər və əmin ediblər ki, layihənin uğurla həyata keçirilməsi üçün maksimum səy göstəriləcək. Taxıl dəhlizinin fəaliyyəti noyabrın 22-dən sonra da davam edəcək”, – məlumatda deyilir.

Qeyd olunur ki, taxıl dəhlizi fəaliyyətə başlayandan indiyədək 7,7 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, BMT və Türkiyə Qara dənizlə Ukrayna taxılının ixracına şərait yaradan dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 1-də Odessa limanını tərk edib.

Mənbə: rbc.ua

Share: