Türkiyə millisinin üzvü: “O rəngdə kapitanlıq sarğısını daşıyarkən özümü rahat hiss etmirəm”

Türkiyə millisinin üzvü: “O rəngdə kapitanlıq sarğısını daşıyarkən özümü rahat hiss etmirəm”

Niderlandın “Feyenoord” klubunun və Türkiyə millisinin yarımmüdafiəçisi Orkun Kökçü maraqlı açıqlamaları ilə yadda qalıb.

O, dini inancları səbəbindən üzərində göy qurşağı rəngi olan kapitan sarğısını daşımaq istəmədiyni bildirib.

“Hər kəsin istədiyi və ya hiss etdiyi hər şeyi etməkdə azad olduğuna inanıram. Bu hərəkətin əhəmiyyətini çox yaxşı bilirəm, amma dini inancıma görə bunu etmək üçün özümü doğru adam saymıram. Ona görə də bu rəngdə kapitanlıq sarğısını daşıyarkən özümü rahat hiss etmirəm”, – deyə futbolçu bəyan edib.

Qeyd edək ki, Orkunun qardaşı Ozan Can Kökçü Azərbaycan millisinin şərəfini qoruyur.

Mənbə: De Marke Sports

Share: