Kənd Təsərrüfatı Nazirliyində kollegiya iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, kollegiyanın sədri, kənd təsərrüfatı naziri İnam Kərimov iclasda çıxış edərək ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafı istiqamətlərində həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar, aqrar sığorta sisteminin tətbiqi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin fəaliyyəti, subsidiyalardan məhsuldarlığın artırılması məqsədilə təyinatı üzrə istifadə edilməsinin əhəmiyyəti, ölkədə bitkiçilik və heyvandarlığın inkişafı istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri B. Bayramov muxtar respublikada aqrar sahədə mövcud vəziyyət, nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İ. Cümşüdov respublikada məhsul yığımı və payızlıq əkinlər, heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri E. Həsənov heyvandarlığın inkişafı istiqamətində atılan addımlar barədə məruzə ediblər.
Yekunda kollegiya üzvlərinə qarşıda duran vəzifələrin və yeni fəaliyyət planlarının icrası ilə bağlı konkret tapşırıqlar verilib.