“Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyinata görə, Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilən Leyla Abdullayeva tviterdə paylaşım edib.
Səfir iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə vermək üçün çalışacağını bildirib:
“Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm”.