Rusiyadan Ermənistana təbii qazın nəqli “Şimali Qafqaz – Transqafqaz” qaz kəmərində nəzərdə tutulan texniki-profilaktik işlərlə əlaqədar dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, təbii qazın verilməsi oktyabrın 18-dən 19-dək dayandırılacaq.
Onlar qeyd ediblər ki, bu müddət ərzində ölkə üzrə istehlakçıların qaz təchizatı daxili ehtiyatlar sayəsində həyata keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan bildirib ki, ölkə Rusiya qazının pulunu rublla ödəməyə başlayıb.