“Google Maps” Qarabağda yaşayış məntəqələrindən erməni adlarını sildi

“Google Maps” Qarabağda yaşayış məntəqələrindən erməni adlarını sildi

Qarabağa aid yaşayış məntəqələrində erməni adları “Google Maps”dən silinib.

Bu barədə erməni ekspert Qarnik Davatyan məlumat verib.

Onun sözlərinə görə artıq xəritədə “Akna” əvəzinə “Ağdam”, “Varanda” əvəzinə “Füzuli”, “Kovsakan” yerinə “Zəngilan” və “Karvaçar” əvəzinə “Kəlbəcər” yazılıb.

Erməni ekspert əlavə edib ki, Azərbaycan tərəfi ötən il “Google” şirkətinə rəsmi müraciət edərək toponimlərin dəyişdirilməsini tələb edib.

Share: