İtaliyanın keçmiş baş naziri, “İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni Ukraynanın NATO-ya daxil olmasının dünya müharibəsinə səbəb ola biləcəyi ilə bağlı fikir bildirib.
“Biz tez-tez nüvə bombalarından istifadə ilə bağlı danışıqlar eşidirik. Tanrı bizi bu təhlükədən qorusun. Ukrayna NATO-ya üzv olmaq istəyir. Əgər NATO-ya üzv olarsa, müharibə dünya müharibəsinə çevriləcək”, – deyə siyasətçi bəyan edib.
Qeyd edək ki, sentyabrın 29-da partiya lideri 86 yaşını qeyd edib.
Mənbə: TASS