SEPAH-ın hazırkı hərbi təlimi Azərbaycanı Zəngəzur dəhlizindən imtina etməyə hesablanıb.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olarkən Araz çayı boyunca heç bir hərbi təlim keçirməyən İran ordusu Azərbaycan öz torpağını işğaldan azad etdikdən bəri həmin ərazidə sayca 3-cü hərbi təlimini keçirir və özü də tez-tez dolayı ultimatumlar səsləndirir ki, təcavüzkarı əzərik, filan edərik. Bunun adı düşmənçilik deyilmi?!
SEPAH-a bağlı “Telegram” kanalı yazır:
“İran İnqilabının Keşikçikəri Korpusunun əlahiddə qüvvələrinin Araz yüksəkliklərində “MI-17” helikopterləri ilə paraşütlə tullanma əməliyyatı keçirib. Habelə xəyali düşmən mövqelərinin məhv edilməsində kamikadze dronlarının uğuru”.
SEPAH-ın əlahiddə qüvvələri hərbi təlimin 3-cü günündə yüksəkliklərin və düşmənin təminat yollarının ələ keçirilməsi əməliyyatını məşq edib və kamikadze dronları da Araz bölgəsində xəyali düşmənin mövqelərini “uğurla məhv edib”.
Hazırkı təlimdə ilk dəfə olaraq Araz çayı üzərindən canlı qüvvələrin və hərbi texnikanın keçməsi üçün üzən körpünün qurulması təlimi də məşq edilib.
Döyüş PUA-ları da Araz bölgəsində xəyali düşmənin mövqelərinə “uğurlu zərbə” endirib. Bu dronlar Quru Qoşunların özünü təminetmə dəstəsi tərəfindən dizayn və istehsal edilib və güclü döyüş qabiliyyətinə malikdir. Bu dronlar süni intellektdən istifadə edilməklə düşmənin bütün növ istehkamlarını dağıtmağa qadirdir”.
23:45
SEPAH-ın zirehli texnikası Araz çayının üzərindən keçib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Qeyd edilib ki, İran İnqilabının Keşikçiləri Korpusunun Quru Qoşunlarının Azərbaycanı hədələmək məqsədilə oktyabrın 17-də Arazqırağı bölgəyə canlı qüvvə və hərbi texnika yığaraq başlatdığı hərbi təlimin hazırkı mərhələsində, SEPAH-ın Quru Qoşunlarının mühəndis-döyüş birləşmələri zirehli texnikanın Araz çayının üzərindən keçməsi üçün üzən “PMP” körpülər quraşdırmaqla yanaşı, habelə torpaqdan davamlı körpü də tikiblər.