“Vaxtında əməliyyat olunsam, yaşama şansım var”

“Vaxtında əməliyyat olunsam, yaşama şansım var”

Səhhəti ilə bağlı problemlər yaşayan Xalq artisti Könül Xasıyeva Azərbaycan xalqına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqramda yazıb.

Xanəndə Almaniyada həyata keçirilməli olan əməliyyatı üçün 254 min AZN-nin tələb olunduğunu bildirib: “Almaniyada olacaq əməliyyat üçün 150.000 dollar (254 min manat) vəsait lazımdır. Ümidim sizədir, məni dualarında yaşadan əziz xalqımız! İnanıram ki, Azərbaycan musiqisini “Gecələr”siz, Kazımı da körpə canı ilə mənsiz, tək qoymayacaqsınız. Buna o qədər inanıram ki…”

Xasıyeva əlavə edib ki, Almaniyadan sağ-salamat qayıtsa, iki gün Heydər Əliyev Sarayında və daha sonra bölgələrimizdə pulsuz, açıq konsertlər verəcək: “22 ildir hər gecə ölümlə çarpışdım, səhər yenə qalxmağa, dik durmağa çalışdım. Tək bir səbəbim vardı. Narahat və yeganə övladım Kazımın toyunu görmək! Amma boğazımda yaranan bəd xassəli şiş bütün ümidlərimi qırdı. Elə bilirəm, dünya uçub, altında qalmışam. Amma bir ümid var ki, hələ metastaz (yayılmayıb) verməyib. Vaxtında əməliyyat olunsam, yaşama şansım var”.



Share: