Nazirlik səviyyəsində hesab edirik ki, bəzi abidələri olduğu kimi saxlayaq.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin vəzifələrini icra edən Nuridə Allahyarova deyib.
Şöbə müdiri Ağdam Dövlət Dram Teatrının binasının olduğu kimi saxlanıla biləcəyini qeyd edib: “Məsələn, Ağdam Teatrı məhz olduğu kimi saxlanıla bilər. Bir daha qeyd edim ki, bu, dünyaya erməni vandalizmini sübut etmək üçündür”.