Neftçalada fəaliyyət göstərən “ Ekoloji Maarifçiliyə Yardım “ ictimai birliyi mədən sənayesi ilə məşğul olan Neftçala Əməliyyat şirkəti , AZƏRYOD MMC tərəfindən ərazidə ətraf mühitə, əhalinin sağlamlığına vurulan zərərli təsirlərin aradan qaldrılması üçün monitorinqlər aparır, Maraqlı layihələr həyata keçirir.
İctimai Birlik hazırda Qeyri Hökukət təşkilatlarına Dövlət Dəstəyi Agenliyindən aldığı “ Şagirdlərin ekoloji tərbiyəsində istehsalat müəssisələri ilə əlaqələrin qurulması “ layihəsinin icrasını davam etdirir. Bu günlərdə İB Neftçalanın mədən sənayesinin zərərli təsirlərinə məruz qalan Mirqurbanlı kənd tam orta məktəbinin 15 ( on beş ) nəfər yuxarı sinif şagirdinin AZƏRYOD MMC – nin mədən ərazilərinə aparmış məktəblilərə burada texnogen ekoloji vəziyyətlə bağlı məlumatlar verilmişdir.
Tədbirin davamında məktəblilər zavodun 2 saylı su vurma məntəqəsində istehsalatın təşkili ilə tanış olmuşlar. Sonra isə AZƏRYOD MMC – nin yod istehsalı sexində iş prosesini izləmiş, maye və kristal yodun alınmasını müşahidə etmişlər. Yod istehsalı sexinin rəisi Etibar Qəniyev şagirdlərə istehsal prosesi ilə yanaşı müəssisədə ətraf mühitə ekoloji təsirlərin azaldılması ilə bağlı son dövrlərdə görülən tədbirlərdən bəhs etmişdir. Məktəblilər zavodun labaratoriyasında işin təşkilini də əyani şəkildə müşahidə etmişlər.