İŞİD məsuliyyəti öz üzərinə götürdü – Dağıstan teraktı -Video

18:48

Dağıstanın Kızılyar şəhərində naməlum şəxs insanları atəşə tutub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, həmin şəxs provaslavların dini mərasim keçirdiyi əraziyə daxil olub və kütləyə atəş açıb.

Nəticədə 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində cinayətkar öldürülüb.

***

20:36

Kızılyar şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

***

2018.02.18. 21:24

Bayram mərasimi zamanı baş verən qanlı hadisənin videogörüntüləri yayılıb.

Görüntülər hadisə şahidlərindən biri tərəfindən lentə alınıb.

***

İŞİD terror qruplaşması baş verən silahlı hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Share: