Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat etdi

Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat etdi

Yaponiya millisinin sabiq futbolçusu Masato Kudo vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tegevajaro Miyazaki” klubu məlumat yayıb.

Futbolçunun sentyabrın 11-i beyin əməliyyatı olunandan sonra halı pisləşib və dünyasını dəyişib. 

K.Masato bir müddət əvvəl beyin mədəciklərinə maye yığılması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, o, 2016-cı ildə ölkəsindən ilk dəfə MLS-ə (Əsas Futbol Liqası) gedib. Kudo mövsümə yaxşı başlasa da, aldığı dəhşətli zədə səbəbindən karyerasını uzun müddət davam etdirə bilməyib. Rəqib qapıçı ilə toqquşduqdan sonra beyin silkələnməsi keçirərək, çənəsini sındırıb. Kudo əməliyyatdan sonra yenidən futbola qayıdıb.


Share: